Koronavirus testi müsbət çıxmış Kristiano Ronaldonun Portuqaliyadan İtaliyaya qayıtması birmənalı qarşılanmayıb. Matc.az xəbər verir ki, ictimaiyyət ulduz futbolçunun bu vəziyyətdə səyəhət etməsinin yanlış olduğunu bildirib.

Yerli mətbuat Ronaldonun karantin qaydalarını pozduğunu iddia edir. O, xüsusi təyyarə ilə Turinə gəlsə də, bunun yol verilməz olduğu bildirilir.

Məsələ ilə bağlı İtaliya İdman Naziri Vinçenzo Spadafora açıqlama verib. O, Ronaldonun karantin qaydalarını pozduğunu bildirib.

ölkənin ümumi Sağlamlıq Mərkəzi isə Ronaldonun hər xəstə kimi yaşadığı yerə qayıtmasının normal olduğunu açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest