13 Oktyabr 2020, 13:25
FUTBOL
"Makkabi" (Tel-Əviv) klubunun yarımmüdafiəçisi Uroş Nikoliç UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la ev oyununu buraxacaq.
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, serbiyalı futbolçu federasiyada qeydiyyatdan keçirilməyib. 27 yaşlı futbolçunun adı UEFA-ya təqdim olunan sifariş ərizəsində yer almayıb.
Qeyd edək ki, "Makkabi" - "Qarabağ" oyunu ayın 22-də Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.