13 Oktyabr 2020, 11:13
FUTBOL
"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante klubdan ayrılmağa hazırlaşır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçunun baş məşqçi Frenk Lempardla münasibətləri yaxşı deyil.
Məlumata görə, ingiltərəli mütəxəssis fransalı futbolçuya dostunun toyuna getməyə icazə verməyib. Bu qərardan razılaşmayan Kante London təmsilçisindən ayrılmağı düşünür. Yarımmüdafiəçinin "Real" klubunda oynamaq istədiyi bildirilsə də, Madrid təmsilçisindən heç bir rəsmi təklif olmadığı vurğulanıb.
Qeyd edək ki, Kante 2016-cı ildə "Lester"dən 36 milyon avro qarşılığında "çelsi"yə keçib. Yarımmüdafiəçinin "zadəganlar"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.