13 Oktyabr 2020, 09:42
FUTBOL
İspaniya La Liqasında mövsümün ilk El-Klasikosunun vaxtı müəyyənləşib.
Matc.az xəbər verir ki, "Barselona" və "Real" arasında VII tura təsadüf edəcək qarşılaşma 24 oktyabra təyin olunub. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, 5 turdan sonra "Real" 10 xalla 1-ci yerdə gedir.