Fransanın PSJ klubu ciddi itkilərlə üzləşib.
Matc.az xəbər verir ki, Paris təmsilçisinin futbolçuları Tiaqo Silva və Ander Herrera sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransa Liqa 1-in 26-cı turunun "Bordo" ilə matçında (4:3) zədələnən Silva 3, Herrera isə 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.