Futbol üzrə Fransa çempionatında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Lill"in futbolçusu Viktor Osimhendi.
Bu barədə Liqa 1-in mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı hücumçu ötən ay iştirak etdiyi 4 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.