İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb
Oğlanların mübarizəsində Sahib Babayev (50 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunu qazanıb. Bu çəkidə yarışan İslam Rəhimov və 55 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər.
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb. Üç gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb
Fevralın 10-da İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.Bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib
Macarıstanın paytaxtı Budapeştdə Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı davam edir. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparır.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.