"Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədilər. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi"
“Neftçi”nin qış təlim-məşq planışının proqramı müəyyənləşib. Bakı klubub yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək. “Ağ-qaralar” yanvarın 4-də toplanış üçün Belek bölgəsinə yollanacaq.
“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında yubiley qələbəsini qazanıb. Bu, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”la keçirilən oyunda yaşanıb. Komandasının 2:1 hesablı qalibiyyətinə sevinən Sadıqov məşqçilik karyerasında 50-ci qələbəsini qazanıb.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İrəvan”la qarşılaşan “Araz-Naxçıvan” rəqibini 8:2 hesabı ilə üstələyib. Görüşdə 10 qolun vurulması rekordla əlamətdar olub. Kubok tarixində 15-ci dəfə bir görüşdə 10 və ya daha çox qol vurulub.
Ronaldinyo “FourFourTwo” nəşrinin versiyasına görə, 2000-ci illərin ən yaxşı milli futbolçusu seçilib. Braziliyalı 32 nəfərlik siyahıya başçılıq edir. Britaniya jurnalı 2000-2009-cu illər arasında milli səviyyəsində ən yaxşı oyun nümayiş etdirənləri sıralayıb.
Əlcəzair futbolunda faciə baş verib. Liqa 1 təmsilçisi “El Bayad”ın avtobusu qəzaya uğrayıb. Hadisə komanda ölkə çempionatının XI turunun “Kabilia” ilə səfər görüşünə yollanarkən yaşanıb. Köməkçi məşqçi Xalid Meftah və bu mövsüm iki matçda meydana çıxan 27 yaşlı qapıçı Zakaria Buuziani qəza nəticəsində dünyasını dəyişib.
Noyabrın 10-da bu posta gətirilən 60 yaşlı mütəxəssis cəmi 41 gün komandaya rəhbərlik edə bilib. Superliqanın XVII turunda “Alanyaspor”a evdəki məğlubiyyətin (1:3) ardından bir araya gələn rəhbərlik onunla yolları ayırma qərarına gəlib.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.