PSV-nin hücumçusu Rikardo Pepi növbəti mövsümdən etibarən karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Fulhem" ABŞ millisinin üzvünün keçidini həll edib. London təmsilçisi 23 yaşlı forvard üçün Niderland klubuna 36 milyon avro təzminat ödəyəcək. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Rikardo Pepi bu mövsüm PSV-nin heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 13 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest