"Beşiktaş"ın kapitanı Orkun Kökçü karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"İnter" yayda Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Milan təmsilçisi 25 yaşlı yarımmüdafiəçini klubla 1 illik müqaviləsi qalan və ayrılacağı gözlənilən Hakan Çalhanoğlunun əvəzləyicisi kimi düşünür.

Qeyd edək ki, "Beşikatş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan 30 milyon avroya transfer edib. 25 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 7 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest