Sesk Fabreqas “Komo” klubunun baş məşqçisi vəzifəsini tərk edəcək. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis B seriyasının XVIII turunda sabah “Palermo” ilə keçiriləcək görüşdə komandanı sonuncu dəfə meydana çıxaracaq.

36 yaşlı çalışdırıcının işləməyə davam etməsi üçün lazımi məşqçilik sertifikatı yoxdu. O, İtaliya Futbol Federasiyasından (FIGC) müvəqqəti icazə almışdı və dekabrın 24-də həmin müddət bitəcək.

Yanvarda komandanın sükanı arxasına Osian Roberts keçəcək. O, mövsümün sonuna kimi bu vəzifədə qalacaq. Fabreqas isə “Komo”nun məşqçilər korpusunda qalacaq və yaxın aylarda işləmək üçün lazımi lisenziyanı alacaq.

Qeyd edək ki, Sesk Fabreqas noyabrın 13-də “Komo”nun baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 5 görüşün 4-də qələbə qazanıb, 1 dəfə məğlub olub. “Komo” hazırda B seriyasında üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest