36 yaşlı yarımmüdafiəçi "Alvineqro" ilə anlaşıb. Bu barədə D Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Alvineqro" ilə anlaşıb. Bu barədə D Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının keçmiş üzvü ilə 15 oktyabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Riçard Almeyda "Qarabağ"dan ötən ilin fevralında ayrılıb. Onun son klubu isə "Primavera" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest