Məşhur argentinalı qapıçı Serxio Romero 39 yaşında karyerasını bitirmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Romeronun son klubu 2025-ci ilin sonunda ayrıldığı "Argentinos Juniors" olub. O vaxtdan bəri veteran azad agentdir.

Romero karyerası ərzində "Rasinq", "AZ Alkmaar", "Sampdoria", "Monako", "Mançester Yunayted", "Venesiya" və "Boka Cuniors" kimi klublarda da oynayıb. O, 2008-ci ildən 2018-ci ilə qədər Argentina millisində 96 oyun keçirib və 2014-cü il dünya çempionatında ikinci yeri tutub.

Romero futboldan ayrıldıqdan sonra futbolda qalmağı planlaşdırır və məşqçilikdə özünü sınamaq istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest