"Atletiko"nun hücumçusu Xulian Alvares gələcək karyerası və Madrid təmsilçisindəki rolu barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, argentinalı futbolçu komandanın simvollarından birinə çevrilmək istədiyini bildirib.

“2035-ci ildə mənim 35 yaşım olacaq və özümü veteran rolunda görürəm. İndi Yan Oblak, Koke və Antuan Qrizmann kimi. Onlar paltardəyişmə otağında liderlik rolunu yerinə yetirirlər. Düşünürəm ki, mən də bunu bacararam, çünki o vaxta qədər böyük təcrübə toplayacağam. Burada çox xoşbəxtəm. Klub haqda heç vaxt pis söz deməmişəm. "Atletiko"ya çox minnətdaram, azarkeşlər isə mənə həmişə sevgilərini göstəriblər”.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. 26 yaşlı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 42 oyunda 16 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest