18 Mart 2026, 01:35
FUTBOL
Türkiyə Superliqasında XXVII turun oyunlarına start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Fənərbaxça" doğma meydanda "Qaziantep" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə Superliqası
XXVII tur
17 mart
"Fənərbaxça" – "Qaziantep" - 4:1
Qollar: Dorqeles, 41, 68, 79, Kante, 59 // Maksim, 52 (pen)












