"İnter"in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Liverpul" italiyalı futbolçunu transfer etmək istəyir. Klubu Barellanı satmağın əleyhinə deyil. Milan təmsilçisi 29 yaşlı oyunçu üçün 75-80 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Nikolo Barella bu mövsüm "İnter"in heyətində keçirdiyi 35 oyunda 1 qol vurub, 7 qol ötürməsi edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest