"AZ Alkmar"ın hücumçusu Troy Parrott karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

"Milan" irlandiyalı futbolçunu transfer etmək istəyir. 24 yaşlı forvardın keçidinin 30 milyon avroya yekunlaşmaq ehtinalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Troy Parrott bu mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 39 oyunda 27 qol vurub, 9 qol ötürməsi edib. Onun Niderland klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest