İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda İngiltərə ilə keçiriləcək qarşılaşmada iştirak edə biləcək. Matc.az xəbər verir ki, 19 yaşlı hücumçu sağ dizindəki narahatlıq səbəbindən Çexiya ilə əvvəlki görüşü buraxıb.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçunun vəziyyətinin yaxşılaşdığını və komandaya qoşulacağını bildirib.
Yamalın zədəsinin ciddi olmadığı, onun sağlamlığını riskə atmamaq məqsədilə Çexiya ilə matçda meydana buraxılmadığı qeyd olunub.
Qeyd edək ki, İspaniya – İngiltərə qarşılaşması noyabrın 15-də Madriddə keçiriləcək. Hər iki komanda artıq UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqəni təmin edib. İspaniya 15 xalla A3 qrupuna liderlik edir. İngiltərə isə 12 xalla ikinci pillədə qərarlaşıb.













