Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin V turuna yekun vurulub. Matc.az xəbər verir ki, turun son oyun günündə 8 qarşılaşma keçirilib.
Günün diqqətçəkən görüşləri A Liqasının IV qrupunda baş tutub. Norveç millisi doğma meydanda Uels yığmasını məğlub edib. Portuqaliya isə gözlənilmədən Danimarkaya uduzub.
Beləliklə, Millətlər Liqasında V turun bütün oyunları başa çatıb.
UEFA Millətlər Liqası, 5-ci tur
A Liqası
Qrup 4
Norveç – Uels - 3:1
Qollar: Antonio Nusa, 59, Andreas Şelderup, 68, Erlinq Haaland, 88-pen. – David Bruks, 79
Portuqaliya – Danimarka - 1:4
Qollar: Bernardo Silva, 90+3 – Pyer-Emil Hoyberq, 43-pen; Rasmus Hoylund, 49, 57, Yoakim Andersen, 75

B Liqası
Qrup 2
Gürcüstan – Macarıstan - 0:2
Qollar: Laşa Dvali, 73-avtoqol, Barnabaş Varqa, 85
Şimali İrlandiya – Ukrayna - 1:0
Qol: Terri Devlin, 68

Qrup 3
Kosovo – İsrail - 0:0
Avstriya – İrlandiya - 1:0
Qol: Saşa Kalayziç, 78

Qrup 4
Rumıniya – Polşa - 2:1
Qollar: Aleksandru Çikaldau, 68, Dennis Man, 72 – Marsel Requla, 82
İsveç – Bosniya və Herseqovina - 3:2
Qollar: Daniel Svensson, 5, Viktor Qyökeres, 11-pen; 45+2 -pen. – Armin Giqoviç, 47, Səid Kolaşinac, 62














