15 Noyabr 2026, 10:28
FUTBOL
Azərbaycanın U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, hər iki yığma rəqiblərinə böyük hesabla məğlub olub.
U-17 millisi seçmə mərhələnin I raundunda Şimali İrlandiya ilə üz-üzə gəlib. Almaniyanın Frankfurt şəhərindəki “DFB Kampus”da baş tutan qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 yığması isə II raundun ikinci oyununda Serbiya ilə qarşılaşıb. Bu görüşdə də millimiz 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 millisi ilk turda Almaniyaya 0:7, U-19 komandası isə Monteneqroya 2:7 hesabı ilə məğlub olub. Beləliklə, hər iki yığma xalsız qalıb və qrupda sonuncu pillədə qərarlaşıb.













