Azərbaycan Basketbol Liqasının VII turunda bu gün daha bir qarşılaşma baş tutacaq. Matc.az xəbər verir ki, günün oyununda "LANDAU Lions" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 14:00-da başlayacaq.

Hər iki komandanın aktivində 7 xal var. "LANDAU Lions" turnir cədvəlində 5-ci, Gəncə təmsilçisi isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyununda "Sabah" "Neftçi"ni 93:78 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest