“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill Maurisio Poçettinonun komandanın baş məşqçisi təyin olunmasını şərh edib. Matc.az xəbər verir ki, o, bu barədə “Sky Sports”a danışıb.
Nevil argentinalı çalışdırıcının kluba gəlməzdən əvvəl müəyyən şərtlər irəli sürməli olduğunu bildirib. O, hesab edir ki, Poçettino müqaviləsində özünü mümkün uğursuzluqlardan sığortalamaqla yanaşı, transferlər üçün rəhbərlikdən böyük büdcə tələb etməlidir.
Onun sözlərinə görə, “Mançester Yunayted”in hədəflərinə çatması üçün ilk növbədə müdafiə xəttini gücləndirməsi vacibdir. Nevill, həmçinin yeni futbolçuların transferi prosesinə birbaşa Poçettinonun nəzarət etməli olduğunu vurğulayıb.
Sabiq futbolçu yay transfer pəncərəsində görülən işlərin gözləntiləri doğrultmadığını və bu sahədə ciddi dəyişikliklərə ehtiyac olduğunu qeyd edib.













