UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start veriləcək. Matc.az xəbər verir ki, A və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A Liqasında günün diqqətçəkən oyunlarından biri İspaniya və İngiltərə milliləri arasında olacaq. Bundan başqa, Fransa Türkiyəni, Belçika isə İtaliyanı qəbul edəcək.
A Liqasının I qrupunda Türkiyə millisi hələ xal qazana bilməyib və sonuncu pillədə qərarlaşıb. Qrupun digər üç iştirakçısının isə liderlik uğrunda mübarizə aparmaq şansı qalır.
III qrupda keçiriləcək İngiltərə – İspaniya qarşılaşması da turun maraqla gözlənilən görüşləri sırasındadır.
15 noyabr
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
A liqası
I qrup
23:45. Fransa – Türkiyə
23:45. Belçika – İtaliya

3-cü qrup
23:45. Xorvatiya – Çexiya
23:45. İspaniya – İngiltərə

C Liqası
1-ci qrup
21:00. Finlandiya – San Marino
21:00. Belarus – Albaniya

2-ci qrup
18:00. Latviya – Ermənistan
18:00. Kipr – Monteneqro














