30 yaşlı futbolçu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. De Miqel noyabrın 3-də vəfat edib.
İspaniya Futbol Federasiyası Ekvatorial Qvineya millisinin qapıçısı Xesus Ovono ilə bağlı qərar qəbul edib. Matc.az xəbər verir ki, 25 yaşlı qolkiper rəqib futbolçunun ölümü ilə nəticələnən insidentə görə 12 oyunluq diskvalifikasiya olunub.
Hadisə noyabrın 2-də İspaniya çempionatının II divizionunda keçirilən “Andorra” – “Tenerife” matçında baş verib. Qarşılaşmanın sonlarında qapıçı cərimə meydançasını tərk edərək top uğrunda mübarizəyə qoşulub və rəqib komandanın hücumçusu Xesus de Migellə toqquşub.
30 yaşlı futbolçu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. De Miqel noyabrın 3-də vəfat edib.
Federasiyanın intizam komitəsi qərarını qapıçının rəqibə qarşı həddindən artıq güc tətbiq etməsi və hərəkətin ağırlığı ilə əsaslandırıb. Bildirilib ki, bu hal qaydaların 102-ci maddəsi üzrə nəzərdə tutulan maksimum cəzanın tətbiqinə əsas verib.
Qeyd edək ki, hadisədən sonra Ovono Ekvatorial Qvineya millisinin düşərgəsini də tərk edib. “Andorra”nın baş məşqçisi Karles Manso qapıçının futbola nə vaxt qayıdacağı ilə bağlı qərarı özünün verəcəyini bildirib.













