Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti yığmanın tarixindəki bütün çalışdırıcılar arasında ilk oyunlarda ən aşağı qələbə faizi göstərən mütəxəssis olub.

Matc.az xəbər verir ki, italyan mütəxəssisin rəhbərliyi altında keçirilən ilk 18 matçın nəticələrinə görə, Braziliya yığması cəmi 10 qələbə qazana bilib. Bu nəticə beşqat dünya çempionlarının tarixində eyni sayda oyuna çıxmış bütün məşqçilər arasında qeydə alınan ən zəif göstəricidir.

Xatırladaq ki, italyan mütəxəssis Madrid "Real"ından ayrıldıqdan sonra Braziliya millisinin sükanı arxasına keçib. O, son onilliklərdə yığmanın rəhbərliyinə gətirilən ilk əcnəbi məşqçidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest