"Arsenal"ın baş məşqçisi Mikel Arteta yeni müqaviləsinə əsasən, böyük fərqlə Premyer Liqanın ən yüksək ödənişli məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Yeni sözləşməyə görə Artetanın illik maaşı 25 milyon funt-sterlinqdən çox təşkil edəcək ki, bunun da 20 milyonu sabit hissə, qalanı isə bonuslardır. Əvvəlki müqavilə ilə Arteta bonuslar da daxil olmaqla 15 milyon qazanırdı.
Beləliklə, yeni müqaviləyə əsasən, Arteta İPL-dəki digər məşqçilərdən iki dəfədən də çox qazanacaq. Liqada əməkhaqqı səviyyəsinə görə ikinci yeri hərəyə illik 11,5 milyon funt-sterlinq qazanan Xabi Alonso ("Çelsi") və Oliver Qlasner ("Nottingem Forest") bölüşürlər.
Xatırladaq ki, Arteta "Arsenal" ilə müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. O, komandaya 2019-cu ildən rəhbərlik edir.













