08 Oktyabr 2026, 13:36
FUTBOL
"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.
"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər" çempionatın VII turu çərçivəsində sabah "Araz-Naxçıvan"la qarşılaşacaqlar. Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17:00-da oyunöncəsi son məşqə çıxaracaq.
Komandanın oyunu sabah saat 16:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
Qeyd edək ki, "Kəpəz" hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.













