08 Oktyabr 2026, 21:10
FUTBOL
PSJ "Palmeyras"ın dayaq yarımmüdafiəçisi Luis Paçeko ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Portal do Palestra" məlumat yayıb.
Bildirilir ki, Paris klubu 18 yaşlı futbolçunun inkişafını diqqətlə izləyir. Braziliya klubunun rəhbərliyi oyunçu ilə bağlı bəzi xarici təklifləri artıq rədd edib. Klub rəhbərliyi onun satış variantını nəzərdən keçirməzdən əvvəl Abel Ferreyranın əsas komandasında təcrübə toplamasını və möhkəmlənməsini istəyir.
PSJ tərəfindən olan maraq da hələlik rəsmi danışıqlara çevrilməyib.
2026-cı il mövsümündə Paçeko "Palmeyras"ın əsas komandasında 11 matç keçirib və qol vura bilməyib. "Transfermarkt" portalı onun dəyərini 1,5 milyon avro qiymətləndirir.













