08 Oktyabr 2026, 10:25
FUTBOL
Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe 2027-ci ildə "Liverpul"a keçməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə ispan jurnalist Fransua Qalyardo məlumat yayıb.
Bildirilir ki, "Liverpul" artıq forvardın anası və agenti Fayza Lamari ilə əlaqə saxlayıb. Oyunçunun İngiltərə çempionatı klubları arasında prioriteti məhz bu komandadır.
Mbappenin 2024-cü ilin yayında PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda Madrid klubuna qoşulub. Onun "Real" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Mbappe "Real"ın heyətində 111 matçda meydana çıxıb, 94 qol vurub və 14 məhsuldar ötürmə edib.













