Londonun "Arsenal" klubu komandanın lideri Deklan Rays ilə yeni müqavilənin imzalanması üzərində işləri davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, bunun üçün "topçular" əhəmiyyətli maliyyə xərclərinə getməyə hazırdırlar. İngiltərə klubunun rəhbərliyi 27 yaşlı mərkəz yarımmüdafiəçisinin maaşını həftədə 240 min funt-sterlinqdən 350 min funt-sterlinqə qədər artıra bilər.
Onun londonlularla hazırkı müqaviləsi 2028-ci il iyunun sonuna qədər nəzərdə tutulub. Həmçinin müqavilənin daha 1 il müddətinə uzadılması variantı da var. Buna baxmayaraq, "Arsenal" aparıcı oyunçunu komandasında daha uzun müddət saxlamağa çalışır. "Transfermarkt" portalı onun dəyərini 120 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Rays 2023-cü ilin yayından "Vest Hem"dən keçərək London klubunda çıxış edir. O vaxtdan bəri o, Londonun cənub hissəsini təmsil edən komandada 165 matç keçirib (21 qol və 33 məhsuldar ötürmə). "Arsenal" ilə birlikdə üç titul qazanıb, ötən 2025/26 mövsümündə isə "topçular"ın son 22 ildə ilk dəfə APL-də qalib gəlməsinə kömək edib.













