Azərbaycan Kubokunun I təsnifat mərhələsinin oyunları keçirilir.

Matc.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Günün ilk matçında "Difai" komandası öz meydanında "Zəngəzur"u qəbul edib. Qarşılaşma qonaq komandanın üstünlüyü ilə başa çatıb və "Zəngəzur" səfərdən 1:3 hesablı qələbə ilə ayrılıb.

Günün digər görüşündə isə "Marafon" doğma divarlar arasında "Dinamo" ilə qarşılaşıb. Meydan sahibləri rəqibinə heç bir şans tanımayaraq inamlı darmadağınla qələbə qazanıblar – 3:0.

Günün son matçında "Şirvan" öz evində "Kür-Araz"ı sınağa çəkib. Bu qarşılaşmada da sevinən tərəf qonaqlar olub və "Kür-Araz" rəqibini 1:3 hesabı ilə üstələməyi bacarıb.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
8 oktyabr (cümə axşamı)

"Difai" – "Zəngəzur" - 1:3
Qollar:
E.Qurbanov, 42 // R.Voronsov, 21, 27, K.Mirzəliyev, 42
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Əliyev
Palms Sports Futbol Mərkəzi (IV meydança)

"Marafon" – "Dinamo" - 3:0
Qollar:
İ.Allahverdiyev, 28, T.Nəsibov, 45, P.Qaraxanov, 75 (p)
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Marafon Arena"

"Şirvan" – "Kür-Araz" - 1:3
Qollar:
E.Xəlilov, 85 // H.Əliyev, 9, B.Əliyev, 32, 38
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şirvan OİK stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest