08 Oktyabr 2026, 19:18
FUTBOL
Argentinalı vinger Niko Qonsales tezliklə "Yuventus" ilə yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder, jurnalist Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Turin klubu futbolçunun nümayəndələri ilə şifahi razılıq əldə edib. "Yuventus" Qonsalesi komandada saxlamaq qərarını hələ yayda verib. Tərəflər arasındakı hazırkı müqavilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Niko Qonsales ötən mövsümdə icarə əsasında "Atletiko"da çıxış etsə də, daha sonra "Yuventus"a qayıdıb və Luçano Spallettinin komandasında möhkəmlənməyi bacarıb.
Cari mövsümdə 28 yaşlı argentinalı 5 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.













