İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandasının Millətlər Liqasının qrup mərhələsinin II turunda Türkiyə yığmasına qarşı keçirdiyi oyundakı böyükhesablı qələbəsini (4:1) dəyərləndirib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Fiziki hazırlıq baxımından özümüzü çox yaxşı göstərdik. Biz hər zaman formamıza layiq futbol oynamağa çalışırıq. Hesab edirəm ki, Belçika ilə əvvəlki matçdakı uğursuzluğa düzgün reaksiya verə bildik.

Türkiyədə gözəl dövrüm keçib, məni burada çox səmimi qarşıladılar. Türkiyə futbolu böyüməkdə davam edir. Lakin bu gün biz yaxşı oynadıq. Güman edirəm ki, bu nəticənin qeydə alınmasına məhz bizim nümayiş etdirdiyimiz oyun səviyyəsi səbəb oldu", - deyə Mançini bildirib.

Qeyd edək ki, Fransa millisi keçirdiyi 2 oyunda 2 qələbə qazanaraq 6 xalla vahid liderliyə yüksəlib. Hərəyə bir qələbəsi və 3 xalı olan Belçika ilə İtaliya isə növbəti pillələri bölüşürlər. Keçirdiyi 2 oyunun hər ikisində uduzan və xalı olmayan Türkiyə yığması isə sonuncu pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest