UEFA Millətlər Liqasında II turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq.

İlk turda Fransaya minimal hesabla məğlub olan Türkiyə bu dəfə doğma meydanda İtaliyanı sınağa çəkəcək. Bursa şəhərindəki stadionda keçiriləcək bu mərkəzi qarşılaşma hər iki komanda üçün qrupdakı ilk xalları qazanmaq baxımından büyük əhəmiyyət kəsb edir. A Liqasının I qrupunda günün digər böyük qarşılaşması Belçika və Fransa yığmaları arasında baş tutacaq.

B Liqasının II qrupunda yer alan Gürcüstan millisi Tbilisidə Ukrayna yığmasını qəbul edəcək. Qrupun digər oyununda isə Şimali İrlandiya doğma meydanda Macarıstanı sınağa çəkəcək. B Liqasının IV qrupunda İsveç komandası Polşa ilə qarşılaşacaq. Digər qarşılaşmada isə Rumıniya yığması Buxarestdə Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur
28 sentyabr

B Liqası, II Qrup

20:00. Gürcüstan – Ukrayna

22:45. Şimali İrlandiya – Macarıstan

C Liqası, II Qrup

20:00. Ermənistan – Monteneqro

20:00. Latviya – Kipr

A Liqası, I Qrup

22:45. Belçika – Fransa

22:45. Türkiyə – İtaliya

B Liqası, IV Qrup

22:45. İsveç – Polşa

22:45. Rumıniya – Bosniya və Herseqovina

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest