30 İyul 2026, 13:02
FUTBOL
"Monako" Mattis Ablinin transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı hücumçu "Nant"dan "Monako"nun heyətinə keçib və 2031-ci ilə qədər müqavilə imzalayıb. Müqavilənin məbləği 25 milyon avro təşkil edib. Daha 5 milyon avro isə bonus şəklində ödənilə bilər.
Liqa 1-in ötən mövsümündə Ablin 32 matçda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.












