Bölgə təmsilçisi cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb.

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Bölgə təmsilçisi cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı futbolçu ilə 3 (2+1) illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Şamaxı" daha öncə Sənan Muradlı ("Sumqayıt") Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2") və Okan Təhməzlini ("Qəbələ") kluba transfer edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest