Fransa milli komandasının kapitanı Kilian Mbappe dünya çempionatlarında unikal nailiyyətə imza atıb.

Fransa milli komandasının kapitanı Kilian Mbappe dünya çempionatlarında unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, ESPN nəşri məlumat yayıb.

Bildirilir ki, o, bu rekordu 1/8 final mərhələsində Paraqvaya qarşı keçirilən oyunda (1:0) gerçəkləşdirib. Hücumçu matçın 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, cari dünya çempionatında özünün 7-ci qolunu vurub.

Bu qol Mbappe üçün dünya çempionatının pley-off mərhələsində vurduğu 3-cü qol olub. O, bundan əvvəl 1/16 final mərhələsində İsveçlə qarşılaşmada dubla imza atmışdı.

Bununla da fransalı hücumçu 3 fərqli dünya çempionatının pley-off mərhələsində azı 3 qol vuran tarixdə ilk futbolçu olub:

DÇ-2018 – 3
DÇ -2022 – 5
DÇ -2026 – 3

Ümumilikdə Mbappenin aktivində dünya çempionatlarında vurduğu 19 qol var. O, bombardirlər yarışında yalnız Lionel Messidən 1 qol geri qalaraq ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Fransa millisi 1/4 finalda Mərakeşlə qarşılaşacaq. Matç iyulun 9-u Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest