Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, futbolsevərlər 1/8 final mərhələsinin daha bir oyununa şahid olacaqlar.
Braziliya millisi 1/4 finala vəsiqə uğrunda Norveç yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
1/8 final
6 iyul
00:00. Braziliya – Norveç
Baş hakim: İsmail Elfat
Baş hakimin köməkçiləri: Kori Parker, Kayl Atkins
Dördüncü hakim: Said Martines
VAR: Armando Villarreal
AVAR: David Coote
Dəstək VAR hakimi: Alejandro Hernandez
"MetLayf" stadionu (Nyu-Cersi)













