"Zirə" futbol klubu yeni mövsümün hazırlıqları çərçivəsində heyətini gücləndirmək üçün transfer çalışmalarını rəsmən davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qəsəbə təmsilçisi bir müddətdir baxışda olan Kris Diqbeunu heyətinə qatıb. Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

UEFA Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Zirə" yay transfer pəncərəsi dövründə heyətini ciddi şəkildə gücləndirməyə davam edir. Qəsəbə təmsilçisi bu yay yeni transfer Kris Diqbeu ilə yanaşı, "Sabah"dan Amin Seydiyevi, Portuqaliyanın "Portimonense" klubundan Maykon Kleytonu və Kiprin "Olimpiakos" komandasından Vierinyanı, həmçinin "Turan Tovuz"dan Ayxan Hüseynovu heyətinə cəlb edib.

Komanda Eren Aydınla, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyev ilə müqaviləni yenilədiyi halda, Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradov kollektivdən ayrılıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest