Əfsanəvi Zinəddin Zidanın kiçik oğlu Elyaz Fransanın Liqa 2 təmsilçisi "Red Star" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti və detalları açıqlanmır. 20 yaşlı mərkəz müdafiəçisi "Red Star" kollektivinə azad agent statusu ilə qoşulub.

O, bu keçiddən əvvəl "Betis"in əvəzedici komandasında çıxış edib. Fransalı futbolçu Madrid "Real"ı akademiyasının yetirməsidir. Gənc müdafiəçi Fransanın U-20 gənclər millisinin heyətində 17 matçda meydana çıxıb və 1 qol vurub.

Elyaz əfsanəvi Zinəddin Zidanın dördüncü və ən kiçik oğludur. Onun bütün qardaşları peşəkar futbolla məşğul olurlar. 1998-ci ildə "Qızıl top" mükafatını qazanan fransalı ulduzun ikinci oğlu Lyuka isə DÇ-2026 turnirində Əlcəzair milli komandasının qapısını qoruyub.

"Red Star" ötən mövsüm Liqa 2-nin turnir cədvəlini dördüncü pillədə başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest