"Kəpəz" futbol klubunun yay təlim-məşq toplanışı çərçivəsində hazırlıq dövrü üçün oyun cədvəli müəyyənləşib.

"Kəpəz" futbol klubunun yay təlim-məşq toplanışı çərçivəsində hazırlıq dövrü üçün oyun cədvəli müəyyənləşib.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti komandanın yoldaşlıq görüşlərinin proqramını açıqlayıb.

Bildirilir ki, Gəncə təmsilçisi yay hazırlıq prosesi dövründə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda ilk sınağında iyulun 14-də Qəbələ şəhər stadionunda "Qəbələ" ilə qarşılaşacaq.

Növbəti yoldaşlıq görüşü iyulun 20-nə təyin edilib. Həmin gün "Kəpəz" Şamaxı şəhər stadionunda "Şamaxı" klubu ilə üz-üzə gələcək.

Qərb təmsilçisi hazırlıq dövrünün sonuncu oyununu isə iyulun 26-da keçirəcək. Komanda yenidən Qəbələ şəhər stadionunda bu dəfə "Sumqayıt" kollektivi ilə qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest