Fransa milli komandasının baş məşqçisi Didye Deşam Paraqvayla çətin keçən oyundan (1:0) sonra komandasının dünya çempionatının dörddəbir finalına yüksəlməsini şərh edib.
Matc.az xəbər verir ki, baş məşqçi qələbənin asan başa gəlmədiyini vurğulayıb:
"Bu, asan olmadı. Oyunun sonunda şanslarımızdan birini reallaşdıra bilsəydik, qələbə daha rahat olardı. Paraqvaylılar mümkün olan bütün üsullardan istifadə edirlər. Bu, azarkeşlərin bəyəndiyi futbol deyil, lakin biz diqqətimizi cəmləmişdik, bu isə asan məsələ deyil. Paraqvay fiziki cəhətdən güclü komandadır, çox yaxşı müdafiə olunur. Bu, irəliyə doğru növbəti vacib addımdır. Cənubi Amerika komandaları ilə hər zaman çətin olur, lakin şadam ki, oyunçular tapşırığın öhdəsindən gəldilər. Biz 1/4 finala yüksəldik, bunun dadını çıxarmalıyıq".
Qeyd edək ki, Fransa seçməsi dünya çempionatının 1/4 final mərhələsində Mərakeş yığması ilə qarşılaşacaq.













