İngiltərə milli komandası dünya çempionatının 1/8 final mərhələsində iyulun 6-sı Bakı vaxtı ilə saat 04:00-da Mexikodakı "Atsdeka" stadionunda Meksika yığmasına qarşı keçiriləcək oyundan əvvəl gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, ev sahibi komandanın azarkeşlərinin düşmən münasibətindən sonra zirehli jilet geyinmiş 100-dən çox polis əməkdaşı ingilislərin otelinin mühafizəsini təmin edir.

Komanda avtobusu gələrkən mehmanxananın qarşısına toplaşan yüzlərlə fanat oyunçuları fitə basıb və Meksika millisinin adını qışqırıblar.

Otel ətrafındakı ərazi mühasirəyə alınıb və maneələr quraşdırılıb. Milli qvardiya qüvvələri növbə çəkir, həmçinin mühafizəyə xidməti itlər və dronlar cəlb olunub.

Qeyd edək ki, Meksika ənənəvi olaraq "Atsdeka" stadionunda inamlı oynayır. Komanda bu meydanda keçirdiyi 89 matçda cəmi 2 məğlubiyyət alıb və dünya çempionatlarında 10 oyundur uduzmur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest