İtaliyanın "Roma" klubu əsas qapıçısı Mile Sviları İngiltərənin "Çelsi" klubuna satmaqdan imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
London təmsilçisi serbiyalı qolkiper üçün İtaliya klubuna rəsmi olaraq 50 milyon avro təklif etsə də, "Roma" rəhbərliyi bu müraciəti dərhal rədd edib.
Paytaxt klubunun maliyyə feyr-pley (FFP) tələblərinə əməl edə bilməsi üçün iyun ayının sonuna qədər transfer bazarından təxminən 50 milyon avro qazanmaq məcburiyyəti var. Buna baxmayaraq, rəhbərlik və məşqçilər heyəti Sviları satılacaq oyunçular siyahısına daxil etməyib. Klub büdcədəki kəsiri bağlamaq üçün Manu Kone, Evan Ndika və Matias Soule kimi futbolçuları qurban verməyə hazır olsa da, əsas qapıçısını komandada saxlamaqda israrlıdır.
Xatırladaq ki, 2025/2026-cı illər mövsümündə nümayiş etdirdiyi möhtəşəm oyunla A Seriyanın ən yaxşı qapıçısı seçilən 26 yaşlı Mile Sviların "Roma" ilə 2030-cu ilin yayına qədər uzunmüddətli müqaviləsi var. Onun hazırkı transfer dəyəri isə 35 milyon avro olaraq qiymətləndirilir.






_1780509854.jpg)






