"Yuventus"un futbolçusu Kənan Yıldız komandadakı mövqeyi barədə danışıb.

Matc.az xəbər verir ki, 21 yaşlı vinger Avropanın böyük klublarından birinə keçəcəyi ilə bağlı iddialar olmasına baxmayaraq, Turin təmsilçisində qalmaq istədiyini bildirib:

"Adımı "Yuventus"un tarixinə yazdırmaq istəyirəm. Gələcəyimi bu klubla bağlamaq qərarı təkcə peşəkar seçim deyil. Çünki burada etimad məsələsi də mühüm rol oynayır. Hiss edirdim ki, mənə burada inkişaf etmək imkanı veriləcək. Klub potensialıma inandı və tədrici inkişaf planı təqdim etdi. Gənc bir oyunçu üçün etimaddan daha vacib heç nə yoxdur. "Yuventus"da ilk gündən mənə inanıldıqlarını hiss etdim".

Qeyd edək ki, ​Kənan Yıldızın İtaliya klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest