"Napoli" "Mançester Yunayted"dən icarəyə götürdüyü Rasmus Hoylunnun transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu danimarkalı forvard üçün "qırmızı şeytanlar"a 44 milyon avro təzminat ödəyib. 23 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Napoli" Rasmus Hoylunnu mövsümün əvvəlində icarəyə götürmüşdü. Danimarka millisinin üzvü Neapol təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 16 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest