03 İyun 2026, 00:08
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın "FedEx Performance Zone" statistik hesabatına əsasən, Ağdam klubunun qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.













