Avstriya milli komandası dünya çempionatına ciddi itki ilə yollanacaq.

Matc.az xəbər verir ki, Kristof Baumqartner mundialda komandaya kömək edə bilməyəcək.

"Leyptsiq"də çıxış edən futbolçu Tunislə yoldaşlıq oyunundan öncə edilən isinmə hərəkətləri zamanı zədələnib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin bud əzələsində zədə aşkarlanıb. O, dünya çempionatında komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Avstriya yığması DÇ-2026-nın final mərhələsinin J qrupunda Argentina, Əlcəzair və İordaniya ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest