"Vitoriya Gimaraeş"in futbolçusu Noa Savyolo karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

"Trabzonspor" Portuqaliya U-21 millisinin üzvünün keçidini həll edib. Qara Dəniz təmsilçisi 22 yaşlı oyunçu üçün onun klubuna 11,5 milyon avro təzminat ödəyəcək. Portuqaliya klubu futbolçunun növbəti satışından 15 faiz pay əldə  edəcək.

Qeyd edək ki, Noa Savyolo ötən mövsüm "Vitoriya"nın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest