03 İyun 2026, 11:32
FUTBOL
"İnter" "Atalanta"nın müdafiəçisi Marko Palestranı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" təmsilçisi İtaliya millisinin üzvü üçün 40 milyon avroluq təklif göndərib. Klubu isə Palestra üçün 50 milyon avro tələb edib.
İngiltərənin bir neçə klubu da 21 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. Gənc sağ cinah müdafiəçisi A Seriyası təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.













